"Ronaldo da "Real"ın transfer siyasətini bəyənmir"

17:15 - 15 Sentyabr 2014

Roman Kalderon: "Artıq hiss olunur ki, portuqaliyalı ulduz komanda da qalmaq istəmir"  

 
"Real"ın keçmiş prezidenti Roman Kalderon Ronaldo ilə bağlı maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, sabiq rəhbərlik  portuqaliyalı ulduzun "Real"ın yürütdüyü transfer siyasətindən bezdiyini iddia edir:
 
"Məndə belə bir fikir yaranıb ki, Ronaldo bəzi futbolçuların gedişindən narazı qalıb. Bir vaxtlar Ronaldo ilə Aryen Robben "Real"ın hücum xəttində tandem idi. Sonra elə oldu ki, rəhbərlik hollandiyalı futbolçunu satdı. İki il əvvəl İquan də satılanda portuqaliyalı ulduz etirazını bildirdi. Ötən mövsüm Məsut Özüllə indi də Di Mariya və Xavi Alonsa kimi futbolçular komandadan getdi. Artıq hiss edirəm ki, Ronaldo da "Real"da qalmaq istəmir. Portuqaliyalı futbolçu "Real" rəhbərliyinin yürütdüyü transfer siyasətini bəyənmir". 

Xəbər xətti