Kaqava Moyesə soz atdı: “Həyatda kim nə edirsə gec-tez qarşısına çıxır”

01:45 - 18 Sentyabr 2014

"Futbolçunun karyerası ilə “oyanamaq” yaxşı hal deyil"

Yayda “Mançester Yunayted”lə yollarını ayıran Sindzi Kaqava yenidən Almaniyaya üz tutdu.

 

Sportal.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi doğma komandası Dortmund “Borussiya”sına qayıtmaqla özünə gəldi. Yaponiya milli komandasının aparıcı üzvü İngiltərə klubunda ilk mövsümü yaxşı keçirdi. Lakin “qırmızı şeytanlar”da baş verən məşqçi dəyişikliyi futbolçunun növbəti ildə yoxluğuna gətirib çıxardı. Sundzi Kaqava “Mançester Yunayted”də oynamamasını baş məşqçi David Moyesdə görür:

 

“Əlbəttə, futbolda statistika böyük rol oynayır. Orada hər bir futbolçunun göstərdiyi oyun qeyd olunur. Komandanın göstərdiyi nəticədən də çox şey asılıdır.  Birinci ildə özümü yaxşı tərəfdən göstərdim. Növvbəti il baş məşqçi dəyişikliyi oldu. Moyes gələndə işlərin daha yaxşı gedəcəyini ümid edirdim. Ancaq əksinə oldu. 

 

O. baş məşqçi olandan sonra ən çətin günlərim başladı. Moyes mənə etmad göstərmədi. Özümü məşqlərdə yaxşı göstərsəm də, yenə də əsas heyətdən kənarda qaldım. Ondan sonar başa düşdüm ki, nə etsəm də xeyiri yoxdur. Həyatda hər kim nə edirsə gec və ya tez qarşısına çıxır. Moyesin də “Mançester Yunayted”də məşqçi karyerasının necə nəticələndiyini hamı gördü. Əslində belə şeylər məşqçilər dərs olmalıdır. 

 

Futbolçunun karyerası ilə “oyanamaq” yaxşı hal deyil. İndi özümü xoşbəxt hesab edirəm. Çünki, yenidən mənə doğma olan “Borussiya” komandasına qayıtmışam. İngiltərədə yaşadığım çətin günləri gözümün önünə gətirərək, artıq belə qərarara gəlmişəm ki, Dortmundu heç vaxt tərk etməyim”.         

Xəbər xətti