"Neftçi" ilə görüşəcəyimizə görə şadam"

17:15 - 22 Oktyabr 2014

"Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir"

 

Sportal.az xəbər verir ki, "Qaradağ Lökbatan" klubunun məşqçisi Adil Mahmudov Azərbaycan kubokunun 1/16 finalında qalib gəldikləri "Zirə" ilə oyun haqqında bunları deyib:

 

“Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”.

Xəbər xətti