Ronaldo Raulun rekordunu qıra bilər

02:30 - 23 Oktyabr 2014

Portuqaliyalı ulduz ÇL-də 70 qolunu vurdu
 
“Real”ın hücumçusu Kriştianu Ronaldo Madrid klubunda yeni rekorda imza atmağa yaxındır.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la qarşılaşmanın 23-cü dəqiqəsində hesabı açan portuqaliyalı qitənin ən nüfuzlu turnirində 70-ci qolunu vurub.
 
Bununla da Ronaldo Madrid “Real”ın əfsanəvi uluduzu Raul Qozalesə yaxınlaşıb. çempionlar Liqası turnirində Raulun aktivində 71 qolu var. Bombardirlər siyahısında üçüncü pilləni 69 qolla “Barselona”nın argentinalı ulduzu Lionel Messi tutur.        

Xəbər xətti