"Napoli"nin aparıcı oyunçusu 2 ay oynamayacaq

14:05 - 10 Noyabr 2014

Hücumçunun vəziyyəti ciddidir

 

"Napoli"nin hücumçusu Lorense İnsinie İtaliya A seriyasının 11-ci turunda "Fiorentina"ya qarşı keçirdikləri matçın 25-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İnsinienin zədəsi ciddi olduğundan 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, 23 yaşlı forvard bu mövsüm "Napoli" ilə çıxdığı 15 oyunda 1 qol və 3 asist ilə yadda qalıb.

Xəbər xətti