Dünyanın ən yaxşı oyunçusu senat seçildi

01:30 - 28 Dekabr 2014

Cor Vea 78 faiz səs toplayıb 
 
PSJ və “Milan”nın sabiq liberiyalı hücumçusu Corc Vea ölkəsində senat seçilib.
 
Sportal.az xəbər verir ki, 1995-ci ildə dünyanın ən yaxşı oyunçusu seilən və “Qızıl top” mükafatına sahib olan 48 yaşlı veteran futbolçu seçkilərdə 78% səs toplayıb. Onun rəqibi Robert Sirlef isə 11% səs qazanıb.
 
2005-ci ildə Vea Liberiyada prezident seçkilərinə də namizədliyini irəli sürmüşdü. O, 28% səslə birinci turda qalib gəlsə də, ikinci turda Nobel mükafatının sahibi olmuş Elen Conson-Serlifə uduzub. Məhz Elen Conson seçkilərdə qalib gələrək Afrika tarixində ilk qadın prezident olub. 

Xəbər xətti