"Valensiya" Portuqaliyadan 25 milyona futbolçu aldı

02:00 - 28 Dekabr 2014

Peres "yarasalar"la razılığa gəldi
 
“Benfika” klubunun yarımmüdafiəçisi Enço Peres karyerasını İspaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu yaxın günlərdə “Valensiya” klubu ilə 2019-cu ilə qədər müqavilə bağlayacaq.
 
Tərəflər arasında razılığa əsasən “yarasalar” cənubi amerikalının transferinə görə Portuqaliya klubuna 25 milyon avro ödəyəcək. Cari mövsüm “Benfika”nın heyətində 11 oyuna çıxan Peres 1 qol vurub.         

Xəbər xətti