"Everton" - "Mançester Siti" 1:1 VİDEO

00:15 - 11 Yanvar 2015

"Şəhərlilər" səfərdə büdrədi

 

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib. 

 
Sportal.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Everton”la qarşılaşıb.
 
İlk yarıda tərəflər qapılara yol tapmasa da, fasilədən sonra istəklərinə çatıblar. 74-cü dəqiqədə Fernandinyo "şəhərlilər"i hesabda önə çıxarıb. Lakin qonaq komandanın qol sevinci 4 dəqiqə çəkib. Belə ki, Naysmit tarazlığı bərpa edərərk komandasını məğlubiyyətdən qurtarıb.    
 
 
“Everton” – “Mançester Siti”  1:1
Qollar: Naysmit, 78 – Fernandinyo, 74
 

 

Xəbər xətti