Balotelli "Liverpul"u tərk etməyəcək

14:50 - 27 Yanvar 2015

"O, burada xoşbəxtdir"

 

"Liverpul"un italiyalı hücumçusu Mario Balotelli komandadan ayrılmaq fikrində deyil.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlar adı bir çox klubla hallanan 24 yaşlı futbolçunun agenti Mino Rayola öz açıqlamasında bunları qeyd edib:

 

"Balotelli, burada xoşbəxtdir. Düzdü, heç kim istəməz ki, ehtiyatda qalsın. Amma Mario profesyonal futbolçudur. O, öz üzərində daha çox çalışıb Brendan Rodcersin etimadını qazanacaq."

Xəbər xətti