"Simurq"un zədəlisindən "Qarabağ"la matç öncəsi şad xəbər

00:25 - 13 Fevral 2015

Xuan meydanda ola bilər
 
"Simurq"un futbolçusu Xuan Alvaradonun zədəsi ciddi deyil.
 
Sportal.az xəbər verir ki, Premyer Liqasının 21-ci turunda doğma divarlar arasında "Qəbələ" ilə keçirilən oyunin ilk dəqiqələrində çiynindən zədələnərək qarşılaşmanı davam etdirə bilməyən futbolçunun ilkin ehtimala görə çiynində çıxıq olduğu deyilirdi. Lakin tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olmadığı və 22-ci turda səfərdə "Qarabağ"a qarşı keçiriləcək oyunda komandasına kömək edə biləcəyi açıqlanıb.

Xəbər xətti