Balayev yenə "18-liy"ə düşmədi

00:25 - 15 Fevral 2015

"Ayntraxt" qələbə qazandı
 
Almaniya Bundesliqasında XXI turun oyunları keçirilib.
 
Sportal.az хəbər verir ki, Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Şalke 04"ü qəbul edib. Oyun Frankfurt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayev yenə debüt etməyib. Qapını Kevin Trappa tapşıran baş məşqçi Tomas Şaaf ehtiyat qapıçı kimi Feliks Vyedvaldın adını "18-liy"ə salıb.
 
Qeyd edək ki, "Ayntraхt" 21 turdan sonra 28 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti