Adana derbisində Cəmşid Məhərrəmov 90 dəqiqə oynadı

00:19 - 9 Mart 2015

Həmyerlimizin komandası məğlub oldu
 
Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, həmyerlimiz Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" "Adana Dəmirspor"un qonağı olub.
 
Adana derbisində meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Cəmşid 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, "Adanaspor" 23 turdan sonra 28 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti