Yunanıstanda baş məşqçi istefası

15:25 - 16 Mart 2015

Angelos Anastasidis PAOK-dan getdi
 
Yunanıstan Superliqasinda 27 turdan sonra 3-cü pillədə qərarlaşan PAOK klubunda baş məşqçi diyişikliyi baş verib.
 
Sportal.az xəbər verir ki, Angelos Anastasidis baş məşqçi postundan uzaqlaşdırılıb. Cari mövsüm çempionluq uğrunda mübarizədə əsas rəqibləri “Olimpiakos” və “Panatinaikos”dan geri qalan PAOK-un 3-cü yeri itirmək təhlükəsi də var.
 
PAOK-la dördüncü pillədə gedən “Asteras”ın xal fərqinin 2-yə enməsi klub rəhbərliyini adevokat addımlar atmasına səbəb olub. Anastasidisi vəzifəsindən uzaqlaşdıran rəhbərlik baş məşqçi səlahiyyətlərini mövsümün sonuna qədər köməkçi məşqçi Giorgos Georgiadisə icra etməsini tapşırıb.   

Xəbər xətti