"Arsenal" ÇL-lə belə vidalaşdı VİDEO

10:01 - 18 Mart 2015

"Monako" 1/4 finalda
 
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, dünən Fransada "Monako" "Arsenal"ı qəbul edib.  Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib.   1/8 finala “Monako” adlayıb.

Xəbər xətti