Branimir Subaşiçin qolu VİDEO

10:16 - 23 Mart 2015

25-ci turun matçı

 

 

Türkiyə PTT 1-ci liqasında 25-ci tur çərçivəsində millimizin sabiq üzvü olan Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" doğma meydanda "Şanlıurfaspor"u qəbul edib.

 

 

Sportal.az xəbər verir ki, start heyətində meydana çıxan Subaşiç 20-ci dəqiqədə vurduğu qolla yadda qalıb. Lakin qonaqlar ikinci hissədə 2 qol vuraraq 2:1 hesablı qələbəyə seviniblər.

 

 

Qeyd edək ki, təcrübəli hücumçu 67-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.

 

Xəbər xətti