Luka Modriç iddialı danışdı

03:00 - 31 Mart 2015

"Düşünürəm ki, öz meydanımızda rəqibə qalib gələ bilərik"
 
AÇ-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç komandasının hədəfləri haqda danışıb.
 
Sportal.az xəbər verir ki, "Real"ın xorvatiyalı yarımmüdafiəçisi İtaliya millisini öz meydanlarında məğlub edəcəklərini deyib:
 
"Hədəfimiz qrupdan lider olaraq Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Turnir cədvəlində ən yaxın izləyicimiz İtaliya yığmasını 2 xal qabaqlayırıq. Səfərdə onlarla 1:1 heç-heçə oynadıq. Düşünürəm ki, öz meydanımızda rəqibə qalib gələ bilərik".
 
Qeyd edək ki, Xorvariya - İtaliya yığmaları arasında qarşılaşma iyunun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti