"Bavariya" – "Porto" 6:1 VİDEO

01:35 - 22 Aprel 2015

Münhen təmsilçisi darmadağınla yarımfinala yüksəldi  
 
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ilk oyunda 3:1 hesabı ilə məğlubiyyətlə üzləşən “Bavariya” cavab matçında ”Porto”ya yerini göstərib.
 
İlk 45 dəqiqədə “Porto”nun qapı torunu 5 dəfə silkələyən münhenlilər rəqibinə əsl futbol dərsi keçib.  İkinci hissədə qonaqlar qollardan birinin əvəzini çıxsa da, oyunda son nöqtəni Xabi Alonsa qoyaraq “Bavariya” klubunun 6:1-lik qələbəsini rəsmləşdirib.         
 
 
“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya)  6:1
Qollar: Alkantara, 14, Boatenq, 23, Levandovski, 27, 40, Müller, 36, Alonso, 88 - Martines, 73

 

Xəbər xətti