Totti karyerasını başa vuracaq?

01:55 - 5 May 2015

"Klubdan müqaviləmi yeniləməklə bağlı təklif gəlməyib”
 
"Roma" klubunun kapitanı Françesko Totti karyerasını başa vurmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, 39 yaşlı iataliyalı futbolçu mövsümün sonunda təklif gəlməyəcəyi halda futbolla vidalaşacaq:
 
"Klubla müqaviləmi yeniləməklə bağlı təklif gəlməyib. Məni “Roma”ya sevgi bağlayır. Heç vaxt komandaya problem yaratmadım. Meydanda və ya tribunada olmağımın fərqi yoxdur. Hər zaman komandaya dəstək olacağam. Əgər yeni təklif gəlməsə, mövsümün sonunda karyeramı başa vuracağam".
 
Qeyd edək ki, 1992-ci ildən bəri "Roma"nın şərəfini qoruyan Totti keçirdiyi 584 oyunda 241 qol vurub.

Xəbər xətti