Niko Kovaç etiraf etdi: "Modriç bu oyuna hazır deyil"

03:05 - 9 İyun 2015

İtaliya qarşısına xorvatlar itkilərlə çıxır   
 
AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığması İtaliya ilə önəmli matça ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, zədədən əziyyət çəkən komandanın aparıcı futbolçusu Luka Modriç İtaliya ilə görüşdə iştirak etməyəcək. 
 
Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç da xəbəri təsdiqləyib: "Modriç oyuna tam hazır deyil. Bu səbəbdən İtaliya millisinə qarşı oynamayacaq".
 
Qeyd edək ki, iyunun 12-də keçiriləcək Xorvatiya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  
 

Xəbər xətti