"Kəpəz"in oyununun vaxtı dəyişdi

13:03 - 2 İyul 2015

Bir gün sonraya təxirə salınıb

 

Təlim-məşq toplanışını Bakıda davam etdirən "Kəpəz”in "Sumqayıt”la keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, klublar arasında qarşılıqlı razılığa əsasən komandalar öncədən deyildiyi kimi iyulun 4-də yox, bir gün sonra qarşılaşacaqlar. Görüşün başlama saatı isə dəyişilməz qalıb.

 

Matç saat 18:00-da start götürəcək.

Xəbər xətti