"Qarabağ"la oyun öncəsi "Lokomotiv"də yeni kapitan

01:02 - 5 İyul 2015

Sarğı Çorlukaya əmanət edildi
 
İyulun 7-də Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Rusiya təmsilçisi "Lokomotiv"lə yoxlama oyunu keçirəcək.
 
Sportal.az xəbər verir ki, Rusiya klubunda baş məşqçinin qərarı ilə yeni kapitan müəyyən olub. Belə ki, kapitan sarğısı xorvatiyalı futbolçu Verdan Çorlukaya əmanət edilib.

Xəbər xətti