"Zirə" ispaniyalı futbolçusunu tortla qarşıladı FOTO

16:44 - 11 İyul 2015

Sonra isə komanda ilə məşqə çıxıb

 

“Zirə”nin ispaniyalı futbolçu  Luis Alberto Diez Okerini transfer etməsi barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, müqavilə imzalanan gün Luis Albertonun doğum gününə təsadüf edib.  Tato ləqəbli futbolçu elə həmin gün komandanın düşərgəsinə qatılıb və tortla qarşılanıb.

 

Baş məşqçi Adil Şükürov, məşqçilər və futbolçular ispaniyalı yarımmüdafiəçini təbrik ediblər. Tortu kəsən Tato ardından komanda ilə birgə məşqə çıxıb.

Xəbər xətti