"Kəpəz" Türkiyə klubuna qalib gəldi

00:01 - 22 İyul 2015

Yoxlama matçı

 

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan  "Kəpəz" ilk yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək Gəncə təmsilçisi Türkiyə birinci liqa təmsilçisi "1461 Trabzon" klubu ilə qarşılaşıb. Oyun "Kəpəz"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

 

Qeyd edək ki, "Kəpəz" iyulun 23-ü və 25-də daha iki yoxlama oyununa çıxacaq.

Xəbər xətti