"Kəpəz" "Zirə" ilə matça 4 itki ilə çıxacaq

18:13 - 13 Avqust 2015

 

3 zədəli, bir cəzalı
 
Premyer Liqannın 2-ci turunda "Kəpəz" doğma şəhərdə "Zirə"ni qəbul edəcək.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, Gəncə təmsilçisi 4 ciddi itki ilə çıxacaq. Belə ki, Şəhriyar Əliyev "Neftçi" ilə qırmızı vərəqə aldığından bu matçda komanasıan kömək etməyəcək. Budaq Nəsirov, Juninyo və Dario Silva zədə səbəbindən bu qarşılaşmanı buraxmalı olacaqlar. 
 
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 16 avqust saat 18:30-da start götürəcək.

Xəbər xətti