"Kəpəz" "Zirə" üçün Gəncəyə üz tutdu

20:16 - 13 Avqust 2015

Hazırlıqlar davam edir

 

“Zirə” ilə ev oyununun hazırlıqlarına Bakıda başlayan “Kəpəz” məşqlərin bundan sonrakı hissəsini Gəncədə davam etdirəcək.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” avqustun 14-dən etibarən məşqlərini Gəncə şəhər stadionunda keçirəcək. Məşqlər saat 19:00-a təyin olunub.

 

Bu arada komandanın avqustun 14-15-də keçiriləcək məşqləri mətbuat və azarkeşlər üçün açıq olacaq. “Kəpəz”in hazırlıq prosesini izləmək istəyənlər stadiona təşrif buyura bilərlər.

Xəbər xətti