"Rəvan"ın 7 potensial rəqibi bəlli oldu

13:45 - 1 Sentyabr 2015

UEFA Gənclər Liqası

 

Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatması keçiriləcək. Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından ən yüksək reytinqli 32 ölkənin çempionları da rəqiblərini tanıyacaq. 

 

Sportal.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək "Rəvan"ın 7 potensial rəqibi də bəllidi. Bunlar, Moskva "Spartak"ı, "Beşiktaş", "Legiya", "Viitorul", "Minsk", "Litex" və "Aktobe"dir. 

 

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar yolunun püşkatması Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. Reqlamentə görə, 32 komanda əvvəlcə 16 cütlük yaradacaq. 16 qalib isə 8 cütlük formalaşdıracaq ki, yekunda ən güclü "8-lik” Çempionlar Liqası yolunda qrup ikincisi olmuş 8 kollektivlə 1/8 finala vəsiqə uğrunda yarışacaq. Qrup qalibləri isə rəqiblərini artıq birbaşa 1/8 finalda gözləyəcək. 

Xəbər xətti