"Rəvan" - "Spartak" matçının başlama saatı dəqiqləşdi

17:41 - 19 Oktyabr 2015

19:00-da start götürəcək

 

UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Rəvan" Rusiyanın "Spartak" klubu ilə cavab oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, oktyabrın 21-də keçiriləcək matçın başlanma vaxtı açıqlanıb. “Dalğa Arena” baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında Moskvada keçirilmiş ilk oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər xətti