Nazarov meydandan qovuldu, komandası məğlub oldu

00:47 - 21 Noyabr 2015

Futbolçumuzun dönüşü uğursuz alındı
 
Almaniyanın II Bundesliqasında XV tura start verilib.
 
Sportal.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Sandhausen"in qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zədə səbəbindən millinin Moldova ilə oyununda iştirak etməyən Nazarov srart heyətində meydana çızıb. Qarşılaşmanın 72 və 90+2-ci dəqiqələrində sarı vərəqə alan futbolçusuz meydandan qovulub.
 
Qeyd edək ki, "Karlsruher" 15 turdan sonra 19 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti