"Tottenhem"in futbolçusu: "Qarabağ"la oyun "Çelsi" ilə matçdan daha vacibdi"

19:07 - 24 Noyabr 2015

"Bizi qarşıda çox vacib və böyük oyun gözləyir"

 

"Tottenhem"in müdafiəçisi Erik Dayer Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi İngiltərə mətbuatına  fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, Bakıda keçiriləcək matçın vacib olduğunu vurğulayıb: "Bizi qarşıda çox vacib və böyük oyun gözləyir. Bilirik ki, bu görüşdə qazanılacaq qələbə bizim qrupdan çıxmağımızı təmin edəcək. Ümumiyyətlə, bu həftə bizim iki həlledici oyunumuz var. Amma "Qarabağ"la qarşılaşma "Çelsi" ilə çempionat matçından daha vacibdir".

 

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 22:00-da start götürəcək.

Xəbər xətti