"Rəvan" "İnter"lə matça ciddi itki ilə çıxacaq

00:41 - 12 Dekabr 2015

Məmmədov bu matçı buraxmalı olacaq
 
Premyer Liqasının XVII turunda doğma meydanında "İnter”i qəbul edəcək "Rəvan” oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, "aslanlar” aparıcı müdafiəçi Novruz Məmmədovun  xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb Məmmədovun  Premyer Liqanın XVI turunda "Kəpəz”lə səfər oyununda (0-0) sarı vərəqə almasıdır.
 
Qeyd edək ki, "Rəvan” – "İnter” oyunu dekabrın 15-də baş tutacaq.

Xəbər xətti