Vaqif Güləliyev: "Bu tilsimi "Neftçi" ilə oyunda qırdıq"

15:15 - 3 Mart 2016

"Başqa variantımız qalmayıb"
 
"Oyun çətin keçdi. Ardıcıl iki qol vurduq. Hesab bərabərləşəndə çox pis olduq. Şükürlər olsun ki, qələbə qolunu vura bildik. Amma hələ heç nə həll olmayıb. Artıq biz AZAL-la oyun haqda düşünürük. Həmin oyundan sonra bu görüşün cavab oyunu barədə fikirləşəcəyik".
 
Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Güləliyev "Xəzər Lənkəran" - "Neftçi" (3:2) matçından sonra Sportal.az saytına verdiyi açıqlamada deyib.
 
"Neftçi"yə qol vurmağı bacaran futbolçu qələbənin ardını gətirəcəklərinə inandığını bildirib:
 
"Artıq bilirik ki, ümidimiz kubokdur. Başqa variantımız qalmayıb. Şansımızdan istifadə etmək istəyirik. Uzun müddət idi ki, qol vura bilmirdik. Qələbələrimizin ardını gətirmək istəyirik. Allaha şükürlər olsun ki, bu oyunda tilsimi qırdıq. Çox sevinirəm ki, mən də qol vura bildim. İnşallah ardı gələr".

Xəbər xətti