Paytaxt derbisi öncəsi "Rəvan"da 4 itki

15:05 - 23 Aprel 2016

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın XXXI turunda "Rəvan" sabah "Bayıl Arena"da AZAL-ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılılar" bu matça 4 itki ilə çıxacaq. Belə ki, Elvin Əliyev, Ceyhun Abdullayev, Cəmşid Məhərrəmov və Elvin Həsənəliyev zədə səbəbindən bu oyunu buraxmalı olacaq.
 
Qeyd edək ki, "Rəvan" - AZAL matçı sabah saat 16:00-da start götürəcək.

Xəbər xətti