"Xəzər Lənkəran"ın kapitanı: "Orada ümumiyyətlə penaltidən söhbət gedə bilməzdi"

13:25 - 21 May 2016

"Mənə qarşı qayda pozuntusu olmuşdu"

 

"Sonuncu oyunumuz idi. Premyer Liqada yerimizi qorumaq üçün mütləq qalib gəlməli idik. 3 xal qazanmaq üçün meydana çıxmışdıq. Əlimizdənm gələni etdik, yaxşı mübarizə apardıq. Qələbə qazanmalı idik"

 

Bu fikirləri "Rəvan"la matçdan (2:2) sonra Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov səsləndirib.

 

Təcrübəli müdafiəçi oyunun baş hakimi Ramil Diniyevin təyin etdiyi penaltinin ədalətsiz olduğunu bildirib: "Hesabda 2-0 önə də çıxmışdıq. Təəssüflər olsun ki, bu üstünlüyümüzü sonadək qoruya bilmədik. 2-1 hesab bizim xeyrimizə olarkən hakim səhv qərar verdi. Orada ümumiyyətlə penaltidən söhbət gedə bilməzdi. Əksinə mənə qarşı qayda pozuntusu olmuşdu. Bu ədalətsiz qərar da qarşılaşmanın taleyini həll etdi. Rəqib futbolçu özü də bildirdi ki, heç bir qayda pozuntusu yoxdu.3 xal qazanmalı olduğumuz matçdan 1 xalla ayrıldıq". 

Xəbər xətti