Mövsümün uğurlu transferləri – Migel Madera

İlk vaxtlar ümid vermirdi

 

Bu mövsüm Premyer Liqamıza transfer olunan və özünü yaxşı tərəfdən göstərən legionerlərlə bağlı yazılarımızı davam etdiririk. Əslində, Miçel mövsümün ilk yarısını çox pis keçirmişdi. Hətta Qurban Qurbanovun qış fasiləsində ispanı “Qarabağ”dan yola salacağını ehtimal edənlər də az deyildi. Çünki Miçel ilk vaxtlar ümid vermirdi. Lakin “Qarabağ”ın təcrübəli çalışdırıcısı onu saxlamaq qərarına gəldi və qış fasiləsindən sonra azarkeşlər tam  başqa Miçel gördülər. Bu gün artıq onu “Qarabağ” üçün bir tapıntı hesab edirlər.

 

Bu transferlərin təfərrüatlarını öyrənmək üçün Miçelin “Qarabağ”a keçidində iştirak eləyən agent Tural Əsgərovla əlaqə saxladıq. O, Miçelin keçidi ilə bağlı maraqlı faktlar dedi. Məhz bu açıqlamanı oxuyandan sonra azarkeşlər ispanın ilk vaxtlardakı inamsız oyunun səbəblərini biləcəklər:

 

“Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Miçelin transferinə qərar verdi və bir neçə gün ərzində onun keçidini həll etdik. Miçel son mövsümü “Makkabi” (Hayfa) klubunda keçirmişdi. Və hələ mövsüm bitməmiş komandanın sıralarını tərk etmişdi. İlk vaxtlar “Qarabağ”da elə də yaxşı çıxış etməməsinin əsas səbəbi də yəqin ki, bu idi. Təlim-məşq toplanışı keçməməsi öz sözünü deyirdi. Lakin Miçel təcrübəli futbolçudu, uzun illər İspaniya La Liqasında çıxış eləyib. Uğursuz oyununa görə narahat olurdu. Lakin artıq yeni müqavilə imzalayıb “Qarabağ”la. Düşünürəm ki, növbəti avrokuboklarda “Qarabağ”a çox xeyri dəyəcək”.

 

Qeyd edək ki, “Qarabağ” Miçellə müqaviləni daha 1 il uzadıb.

Tarix: 31 May [17:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio