Millimizin futbolçusu: "Hummels və Boatenq kimi müdafiəçilərə qarşı oynamaq istəyirəm"

00:13 - 31 İyul 2016

Milli komandamızın və "Duysburq"un hücumçusu Tuğrul Erat Almaniya mətbuatına açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu millimizi seçməyinin səbəbini açıqlayıb:

 

“Türkiyə və Almaniya millisini seçsəydim, oynamaq şansım çox az olacaqdı. Bu səbəbdən də Azərbaycan yığmasını seçdim. Mənə Azərbaycan millisini “Fortuna”da baş məşqçim olan Taşkın Aksoy məsləhət gördü. İlk dəfə milliyə Berti Foqtsun vaxtında dəvət edilmişəm. Foqts peşəkarlığa ilə məni heyran etmişdi. Bəzi insanlar fikirləşir ki, onun yumor hissi belə yoxdur. Ancaq Foqts zarafatlarından qalmırdı. Onunla birgə çalışdığım üçün sevincliyəm”.

 

Erat ötən il İtaliyaya qarşı keçirilən oyundan da danışıb:

 

“Qapıçıdan uzun top gələndə təsəvvür edin ki, qarşınızda Kyellini və Bonuççi dayanıb. Onlarla mübarizədən qalib ayrılmaq çətin işdi. Bu futbolçuları adətən TV-də görürük. Ancaq xoş hisslərdir. Andre Pirlo kimi futbolçuya qarşı oynadım. Oyundan sonra isə onunla şəkil çəkdirdim”.

 

Milllimizin futbolçu DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı da oynamaq istədiyini bildirib:

 

“Almaniya yığması ilə oyunlarda oynamaq istəyirəm. Bunun üçün “Duysburq”da uğurlu çıxış etməliyəm. Mən Mats Hummels və Jerom Boatenq kimi müdafiəçilərə qarşı oynamaq istəyirəm. Mən bundan şad olaram və zövq alaram”.

Xəbər xətti