Tərlan Əhmədov: "Gələcəkdə komandamızın nəyə qadir olacağını görəcəksiniz" MÜSAHİBƏ

19:56 - 13 Avqust 2016

Premyer Liqamızın ikinci turunda "Kəpəz" və AZAL komandaları arasında baş tutan görüşdə hesab açılmayıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib: 
 
"Oyunun çətin keçəcəyini bilirdik. Gəncə futbolla yaşayan şəhərdi. Bizim üçün ağır keçəcəyini əvvəldən bilirdi. Bu gün eyni səviyyəlioyun oldu və nətcəni ədalətli hesab edir.m Futbolçular tapşırıqlarımı yerinə yetirdi. Ötənilki komandamızı qaytarmaq üzrəyik. Gələcəkdə komandamızın nəyə qadir olacağını görəcəksiniz”. 
 
- Bu gün əhval-ruhiyyəniz yüksək səviyyədədi...
- Futbolçuların oyunu məni sevindirir. İlk məğlubiyyətdən sonra futbolçularda ruh düşkünlüyü var idi. Komandamızın hazırkıl durumu məni sevindirir. 
 
- Bu gün hakimlikdən narazı kimi görünürdünüz...
- Bəzən hər şeyi sübut etmək olmur. Hər il hakim səhvləri ilə qarşılaşırıq və bunu normal qarşılayıram. Hakimlərdən istəyim odur ki, ikili mübarizələrdə tempi aşağı salmasınlar. Biz bununla futbolçularımızın gücünü yoxlamaq istəyindəyik. İkili mübarizələrdə bəzi oyunlarda oyun davam etdirilməlidi. 
 
- Nuqzarın durumu necədi?
- Bu barədə heç nə deyə bilmərəm. Həftənin birinci günü hər şey bəlli olacaq. 
 
- "Şanxay Şenxua”dan gələn futbolçu ilə bağlı fikriniz necədir?
- Bilirsiniz ki, müdafiə xəttində problemlərimiz var. İstəyirəm ki, komandamızda mübarizə olsun. Bu gün komandada rəqabəti artırmaq istəyirəm. Bundan sonra daha bir iranlı futbolçu ilə güclənəcəyik. İranlını baxışdan keçirəcəyəm və qərar verəcəyəm.

 

Xəbər xətti