Sabiq "İnter"li Gürcüstan klubunda

18:27 - 23 Avqust 2016

Ötən mövsüm başa çatdıqdan sonra "İnter"dən ayrılan Laşa Salukvadzenin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, gürcü futbolçu karyerasını ölkəsində davam etdirəcək. Belə ki, 34 yaşlı müdafiəçi "Sioni" ilə razılıq əldə edib. Təcrübəli futbolçu Bolnisi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2013-2016-cı illərdə "İnter"in şərəfini qoruyan Salukvadze "bankirlər"in heyətində 76 matçda meydana çıxıb.

Xəbər xətti