Balotellinin agenti Kloppu tənqid etdi

15:15 - 3 Sentyabr 2016

Xəbər verdiyimiz kimi "Liverpul"un hücumçusu Mario Balotelli Fransanın "Nitsa" klubuna keçib.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvünün agenti Mino Rayola "Liverpul"un baş məşqçisi Yurgen Kloppu tənqid edib. Məşhur agent almaniyalı mütəxəssisin Balotelli ilə insan kimi rəftar etmədiyini bildirib:

 

"Klopp Balotellini əvəzedici heyətlə məşqlərə çıxarmaqla böyük səhv etdi. O, anlamalı idi ki, Mario da bir insandır. "Liverpul" rəhbərliyi almaniyalı çalışdırıcının səhv etdiyini gələcəkdə başa düşəcək, amma gec olacaq. Balotelli əvəzedici heyətə göndəriləndə etiraz etmək istədə də, Klopp onunla çox pis rəftar etdi. Yaxşı baş məşqçi hesab edirlər, amma mənim fikrimcə, Klopp yaxşı mütəxəssis deyil".

 

Rayola Balotellinin Fransa klubunda keçmiş formasına qayıdacğına inandığını bildirib:

 

"Mario "Nitsa"da keçmiş formasına qayıdacaq. Bu transfer Fransa klubu üçün riskli deyil. İbrahimoviçin yoxluğunda çempionata olan marağın 50 faiz azaldığını söyləyirlər. Ancaq Balotellinin Fransaya gəlişi bunu aradan qaldırdı. Deyərdim ki, 30 faizi geri qaytardıq".

Xəbər xətti