Baqali Dabo: "Buna görə bizə mütləq qələbə lazımdır" MÜSAHİBƏ

21:43 - 25 Sentyabr 2016

"Qəbələ" Premyer Liqanın 6-cı turunda "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada dubl edən Baqali Dabo jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun haqda təəssüratlarınızı bölüşərdiniz...

- Yaxşı oyun keçdi. İlk dəqiqələrdən “Zirə”nin qapalı oynaması bizə çətinlik yaradırdı. Lakin qol vurduqdan sonra işimiz asan oldu.

 

- 6 oyun keçirmisiz. Ən çətin qarşılaşma hansı oldu?

- “İnter”ə qarşı daha çətin olmuşdu. Onlar daha yaxşı futbolçulardan təşkil olunub və qapalı oynayırlar.

 

- “Sumqayıt”la oyunda ilk qol barədə ofsayd olduğunu bildirirlər. Epizoda çox yaxın idiniz. Bu haqda nə söyləyə bilərsiz?

- Bu haqda nəsə deməyim bir az çətindir. 2 oyunçunun mübarizəsindən mən geri çəkildim. Bəlkə də bir az ofsayd var idi. Lakin mən mübarizəni davam etdirdim və fərqləndim.

 

- 6 oyundur ki, qapınızda qol görmürsüz. Bu barədə fikirləriniz necədir?

- Düşünürəm ki, bizim üçün yaxşı haldır. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış edirik.

 

- Avropa Liqasında “Maynz”la oyun barədə nə düşünürsüz?

- Biz bu oyunu evdə oynayacağıq. İlk oyunda uduzmuşduq. Buna görə bizə mütləq qələbə lazımdır. Bu oyunun əhəmiyyəti çoxdur.

Xəbər xətti