Rasim Ramaldanov "fərqləndi", komandası uduzdu

14:59 - 26 Sentyabr 2016

Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb. Poti təmsilçisi doğma meydanda "Dila" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Rasim qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, "Kolxeti" 6 turdan sonra 9 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 4-cü pillədə qərarlaşıb. 

Xəbər xətti