"İbrahimoviçin gedişi bizim üçün itkidi"

16:40 - 19 Oktyabr 2016

Yayda “Mançester Yunayted”ə transfer olunan Zlatan İbrahimoviçin yoxluğu cari mövsüm PSJ-də özünü göstərir. 

 

Sportal.az xəbər verir ki,  bunu parislilərin yarımmüdafiəçisi Marko Verrati də təsdiq edib. 23 yaşlı italiyalı futbolçu isveçli ulduzun gedişini parislilər üçün itiki hesab edib:

 

“İbrahimoviçin yoxluğu bizim üçün itkidi. O, nəinki dahi futbolçu, həm də müəllimdi. İndi onu əvəzləyən oyunçumuz yoxdu. İbrahimoviç həm meydanda həm də kənarda liderdi. Onunla münasibətim çox yaşıdı. Zlatan İbrahimoviç üçün çox darıxmışam”.

Xəbər xətti