Millimizin üzvü oynadı, "Bursaspor" səfərdə qalib gəldi

18:58 - 22 Oktyabr 2016

Türkiyə Super Liqasında 8-ci turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə "Alanyaspor"un qonağı olub. Matç "timsahlar"ın 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Dəniz Yılmaz oyuna start hetətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 16-ya çatdıran "Bursaspor" 4-cü pillədəki yerini qoruyub.

Xəbər xətti