"Qızıl top"a bütün namizədlərin adı məlum oldu SİYAHI

23:23 - 24 Oktyabr 2016

“Qızıl top”a bütün namizədlərin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “France Football” jurnalı “qızıl top”a namizədlərin tam - 30 nəfərlik siyahısını açıqlayıb.


Jurnalın rəsmi saytında açıqlanan siyahıda aşağıdakı futbolçular yer alıb:


Zlatan İbrahimoviç, Pol Poqba (hər ikisi "Mançester Yuanyted")

Andres İnyesta, Lionel Messi, Neymar, Luis Suares (hamısı "Barselona")

Kriştiano Ronaldo, Qaret Beyl, Pepe, Luka Modriç, Toni Kroos, Serxio Ramos (hamısı "Real")

Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Arturo Vidal (hamısı "Bavariya")

Riyad Mahrez, Ceymi Vardi (hər ikisi "Lester")

Dmitri Payet ("Vest Hem")

Uqo Lloris ("Tottenhem")

Koke, Antuan Qrizman, Dieqo Qodin (hamısı "Atletiko")

Qonsalo İquayn ("Napoli")

Kevin de Bruyne, Serxio Aquero (hər ikisi "Mançester Siti")

Paulo Dybala, Canluici Buffon (hər ikisi "Yuventus")

Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund)

Ruy Patrisio (“Sportinq”).

 

Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.


Xatırladaq ki, ötən il bu mükafatı "Barselona"nın ulduz futbolçusu Lionel Messi qazanıb.

 

Xəbər xətti