Devid Bekhem "Real"a qayıdır

01:25 - 25 Oktyabr 2016

Madrid "Real"ının sabiq futbolçusu Devid Bekhem yenidən "kral klubu"nda çalışacaq.

 

Sportal.az xəbər verir ki, İngiltərə yığmasının sabiq üzvü klubun ABŞ-dakı səfiri kimi fəaliyyət göstərəcək. Bu təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, 41 yaşlı əfsanəvi futbolçu 2003-2007-ci illərdə "Real"da çıxış edib. O, İspaniya klubunun heyətində meydana çıxdığı 116 matçda 13 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti