Azərbaycan klubunun baş məşqçisi istefa verdi

16:29 - 28 Oktyabr 2016

Azərbaycan çempionatının I divizionunda MOİK səfərdə "Şəmkir”ə 1:0 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Futbol11.az saytına açıqlama verən Bakı təmsilçisinin baş məşqçisi Müşviq Qənbərov fikirlərini bildirib: "Şəmkir"i qələbə münasibəti ilə təbrik edirəm. 7 turdan sonra Bakıdan kənara çıxa bildik. Meydançanın durumu yaxşı deyildi”. 
 
Qənbərov artıq istefa ərizəsini rəhbərliyə təqdim edəcəyini də deyib: Səbəbi açıqlamayacam. Amma istefa ərizəmi rəhbərliyə təqdim edəcəm. Onlara mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Əslində, "Zaqatala" ilə oyundan sonra komandadan getmişdim. Sadəcə, bu gün uşaqlara görə Şəmkirə gəlmişdim. Getməyin komandanın nəticələrinə görə deyil. Səbəb ailənin içində qalacaq. Maliyyə problemindən söhbət gedə bilməz. Futbolçulara təşəkkür edirəm ki, 10 ay əzində yaxşı kollektiv oldular. MOİK-in artıq oyun üslubu var. Bu müddət ərzində komandanın oyunun rəng qata bildik".

Xəbər xətti