"İnter" 30 milyon avroluq futbolçusunu icarəyə verir

00:45 - 7 Dekabr 2016

“İnter”in yayda “Santos”dan transfer etdiyi Qabriel Barbosa komandasında xoşbəxt deyil.

 

Sportal.az xəbər verir ki, bu barədə Qabiqol ləqəbli forvardın agenti Vaqner Ribeyro məlumat verib:


“Qabiqol "İnter"də şans qazanmadığı üçün çox məyusdu. Belə davam etsə, o digər komandalara icarəyə yollanacaq. Yanvarda gələn təklifləri dəyərləndirəcəyik”.


Qabriel Barbosa “İnter”ə 30 milyon avro qarşılığında transfer olunub. Braziliya yığmasının üzvü cari mövsümdə cəmi 16 dəqiqə şans qazanıb.

 

Xəbər xətti