Almaniya klubu "Barselona"nın futolçusunu transfer etdi FOTO

18:50 - 16 Dekabr 2016

Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi Ekvadorun "Barselona" klubunda forma geyinən Andersson Ordenezi rənglərinə bağlayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Klubun rəsmi saytında yer alan xəbərə görə, gənc mərkəz müdafiəçisi 2017-ci ilin yanvar ayının 1-də yeni klubunun düşərgəsinə qatılacaq.

 

Andersson Ordóñez und Sport-Vorstand Fredi Bobic

Xəbər xətti