Buffon 200-ə çatdı

15:52 - 18 Dekabr 2016

İtaliya A seriyasının 17-ci turu çərçivəsində keçirilən "Yuventus" - "Roma" matçı birincilərin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, canlı əfsanə Turin təmsilçisində qol buraxmadağıı oyunlarının sayını 200-ə çatdırıb. Oyun isə "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Yuventus"un heyətində 600-dən çox oyun keçirən Buffon 15 ildi ki, bu komandanın şərəfini qoruyur.

 

Xəbər xətti