Tərlan Əhmədov: "Hər halda bu, qərəz məsələsidi" MÜSAHİBƏ

18:32 - 21 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsində AZAL-ı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" adını yarımfinala yazdırıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edən meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov maraqlı fikirləri ilə yadda qalıb.

 

"Şansımız var idi. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxndan sonra hücumlarımızın kəsəri artdı. Təəssüf ki, bəzi amillər... Fariz Yusifov hansı oyunumuza təyina alırsa, bizə qarşı qərəz nümayiş etdirir. Bütün komandalara eyni gözlə baxmaq lazımdı. Görünür, bəzi hakimlərimiz fərq qoyurlar. Futbolçulara da təşəkkür etdim. Tounkaranın gəlişi də işimizə yaradı. Komandaya bəzi futbolçular cəlb olunacaq. Çalışacağıq ki, fasilədən sonra mübariz komanda formalaşdıraq"

 

- Penalti epizodunun təkrarına baxmısız?

- Mən belə şeylərə öyrəşmişəm. Top əli, əl topu tapdı, futbolçunun butsısının ipi açıldı... Bütün epizodlara göz yumulur. 14 tur oynamışıq, 3 də kubok, amma biz penalti vurmamışıq. Varsa, niyə vermirlər? Bizə əvvəldən desinlər, biz də işimizi bilək. 

 

- Şikayət edib, nəyə nail olacaqsız?

- İndiyədək kim nə edib ki? Rəhbərliyə də bildirmişəm ki, bəzi hakimlər bizim oyuna təyinat almasın. Hər halda bu, qərəz məsələsidi. İstəməzdim ki, son oyunlarda xoşagəlməz şeylər olsun. "Qəbələ" ilə AZAL-ın büdcəsi arasında xeyli fərq var. Amma biz əzmkarlıq hesabına çalışırıq ki, düşdüyümüz vəziyyətdən çıxaq. 

 

- Qışda futbolçu alınmasa, öz vəsaitiniz hesabına alacağınızı demişdiz. Vəziyyət nə yerdədi?

- Büdcə artımı yoxdu. Qışdan sonra da eyni şey olacaq. Uzaqbaşı bir oyunçunun məvacibini qarşılaya bilərəm. Gedənlər olacaq. Klubda 26-27 yox, 20-21 futbolçu olacaq, ancaq ən səviyyəliləri qalacaq. Lazım olsa, əvəzedicidən futbolçu cəlb edəcəyik. (Futbol11.az

Xəbər xətti