Xames Rodriges "Real"ı tərk edir?

17:05 - 26 Dekabr 2016

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges qış transfer pəncərəsində komandadan ayrılmayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə kolumbiyalı futbolçunun meneceri Jorje Mendeş İspaniyanın AS qəzetinə açıqlama verib. Menecer Xamesin mövsümün qalan hissəsini də “Real”da keçirəcəyini bildirib. 25 yaşlı futbolçunun mövsümün qalan hissəsini də “Real”da keçirərək, baş məşqçi Zinəddin Zidanın etimadını qazanmağa çalışacağı deyilir. 

 

Xatırladaq ki, bir müddətdi Xamesin qış fasiləsində “kral klubu”nu tərk edəcəyi barədə xəbərlər səngimirdi. Kolumbiya millisinin üzvünün xidmətində “Çelsi”, “Mançester Siti” kimi klublar maraqlıdı.

 

Qeyd edək ki, cari mövsümdə 16 oyunda şans qazanan Xames, 2 qol, 9 məhsuldar ötürməyə imza atıb.

Xəbər xətti